“Tottenhem”in hücumçusu Randal Kolo-Muani karyerasını “Yuventus”da davam etdirməyə hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ötən mövsümün ikinci yarısında Turin klubunun formasını geyinsə də, “Yuventus” onu tam transfer etmək imkanını əldə edə bilməmişdi.
Kolo-Muani sentyabrın əvvəlində icarə əsasında “Tottenhem”ə keçib. Ancaq son vaxtlar mediada onun yenidən İtaliyaya qayıda biləcəyi ilə bağlı söz-söhbətlər güclənib.
“Yuventus” rəhbərliyi 27 yaşlı futbolçunun komandaya qayıtmaq istəyinə tam əmindir.
“Tottenhem” keçidə mane olarsa, Kolo-Muani şəxsən transferində israr edə bilər. Danışıqların UEFA Çempionlar Liqasının 8-ci turundan sonra baş tutacağı gözlənilir.
“Transfermarkt” portalında 25 milyon avro dəyərində qiymətləndirilən Kolo-Muani hələ də PSJ-yə məxsusdur.

