“Napoli”nin və İtaliya millisinin sabiq hücumçusu Lorenso İnsinye yaxın günlərdə “Peskara” ilə müqavilə imzalamağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı forvard B Seriyası klubunun rəhbərliyi ilə müqavilənin detalları ilə bağlı razılığa gəlib.
O, cari mövsümü “Peskara”da tamamlayacaq.
“Peskara” mövsümü uğurla başa vursa və liqada qalarsa, italiyalı futbolçu ilə müqavilənin müddəti uzadılacaq.
İnsinye daha əvvəl 2011-2012-ci illərdə də “Peskara”da çıxış edib. O, hazırda azad agent statusundadır və son olaraq MLS-in “Toronto” klubunda forma geyinib.

