“Latsio”nun müdafiəçisi Mario Hil karyerasını başqa klubda davam etdirə bilər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Milan” maraqlıdır.
“Qırmızı-qaralar” Hilin keçidi üçün 20 milyon avro ödəməyə hazırdır. Milan təmsilçisi bu transferi yayda reallaşdırmağı planlaşdırır. Həmin vaxt onun “Latsio” ilə müqaviləsinin müddətinin bitməsinə bir il qalacaq.
25 yaşlı futbolçu 2022-ci ilin yayında “Real”ın gənclər komandasından “Latsio”ya 6 milyon avro qarşılığında keçib. “Kral klubu” növbəti transferin məbləğinin 50 faizinə sahibdir.
Bu səbəbdən, “Milan”la “Latsio” arasında razılaşma baş tutarsa, “Real” bu keçiddən 10 milyon avro qazanacaq.

