Dünya ulduzunun oğlu üçün 18 milyon avro ödəməyə hazırdır

13:10 İtaliya 131
Dünya ulduzunun oğlu üçün 18 milyon avro ödəməyə hazırdır

"İnter" Robinyo Juniyora maraq göstərir.

Sportinfo.az "ESPN"ə istinadən xəbər verir ki, Milan klubu uzun müddətdir "Santos"un vingerini izləyir və yanvarda onun üçün 18 milyon avro ödəməyə hazırdır.

Lakin braziliyalılar hələlik futbolçunun ayrılmasını istəmir. 18 yaşlı oyunçu özü də klubda qalmaq niyyətindədir.

Robinyo Junior, Braziliya millisinin sabiq hücumçusu Robinyo­nun oğludur. O, "Santos"un əsas komandasında 19 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti