“Fənərbaxça”nın hücumçusunun transferini bitirir - "Yuventus"

01:40 İtaliya 86
“Fənərbaxça”nın hücumçusunun transferini bitirir -

“Yuventus” “Fənərbaxça”nın hücumçusu Yussef En-Nesirinin transferini artıq bu həftəsonu tamamlamağa hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli forvardın transfer dəyəri 22 milyon avro təşkil edir.

Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir.

28 yaşlı futbolçu 2025/26 mövsümündə bütün klub turnirlərində 25 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

O, 2024-cü ilin yayında “Sevilya”dan “Fənərbaxça”ya 19,5 milyon avro qarşılığında keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!