"O, burada təkcə iyuna qədər deyil, daha uzun müddət qalacaq"

18:20 İtaliya 97
"O, burada təkcə iyuna qədər deyil, daha uzun müddət qalacaq"

“Yuventus”un sabiq müdafiəçisi, hazırda klubun futbol strategiyası direktoru vəzifəsində çalışan Corco Kyellini baş məşqçi Luçano Spalettinin komandadakı gələcəyi barədə danışıb.

Spalettinin 30 oktyabr 2025-ci ildə imzaladığı müqavilənin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir və avtomatik uzadılma şərti yoxdur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, Spalettinin qısa zamanda komandaya uyğunlaşdığını bildirib:

“Düşünürəm ki, o, komandaya dərhal uyğunlaşdı: bura gəlib bu macəradan zövq almaq üçün.

Məncə, o, burada təkcə iyuna qədər deyil, daha uzun müddət qalacaq. Futbolçular görürlər ki, onun istədiyini etdikdə nəticə verir”.

Kyellini komandanın hələ formalaşma mərhələsində olduğunu da vurğulayıb:

“Hazırda bizə sabitlik çatmır, inkişaf prosesindəyik. Ancaq bu gün Spalettinin “Yuventus”un oyununa böyük töhfə verə biləcəyinə güclü inam var.

Mövsümün sonunda danışıqlar masasına oturacağıq və əməkdaşlığı davam etdirsək, yalnız məmnun olaram”.

Digər Xəbərlər
Xəbər Lenti