“Hələ heç bir komandadan dəvət almamışam, təqaüdə çıxmağa hazır deyiləm”

11 Dekabr 2025 10:20 İtaliya 924
“Hələ heç bir komandadan dəvət almamışam, təqaüdə çıxmağa hazır deyiləm”

İtaliyalı hücumçu, hazırda azad agent olan Mario Balotelli hazırkı fəaliyyəti barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu hələ də İtaliya A Seriyası klublarından birindən dəvət almağa ümid etdiyini bildirib:

“Breşiyada yerli komanda ilə məşq edirəm. Hələ də A Seriyasından dəvət gözləyirəm. Hələ dəvət almamışam.

Və hələ təqaüdə çıxmağa hazır deyiləm. Məndə belə bir hiss yoxdur. İndi futbola nadir hallarda baxıram. Amma mənə elə gəlir ki, futbol əvvəlkindən daha fiziki və daha az texniki olur”.

Balotelli daha əvvəl “İnter”, “Milan”, “Liverpul” və “Mançester Siti” kimi klublarda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!