“Liverpul”un qapıçısı Alisson Bekkeri “Milan” transfer etmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq “Liverpul” rəhbərliyi ilə ilkin danışıqlara başlayıb və klub braziliyalı qolkiperin keçidini qısa müddətdə reallaşdırmaq istədiyini açıq şəkildə bildirib.
Hazırkı dövr transfer üçün ideal zaman sayılır, çünki 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti gələn ilin yayından sonra sadəcə bir il qalacaq.
Alisson Bekker 2018-ci ildən “Liverpul”un formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 19 top buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

