Almaniyalı qapıçı üçün yarışacaq - “Milan”la “İnter”

01:30 İtaliya 108
Almaniyalı qapıçı üçün yarışacaq - “Milan”la “İnter”

“Milan”ın qapıçısı Mayk Menyanın yayda klubdan ayrılma ehtimalı getdikcə artır.

Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və fransalı futbolçu maaşının artırılması tələbi ilə yeni anlaşmaya hələ ki, razılıq vermir.

Bu səbəbdən, klub rəhbərliyi artıq potensial əvəzediciləri nəzərdən keçirməyə başlayıb.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər ki, əsas namizədlərdən biri Bundesliqa təmsilçisi “Frayburq”un qapıçısı Noa Atuboludur. Almaniyalı qolkiperin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Daha bir maraqlı məqam isə odur ki, “İnter”in də məhz Atubolu ilə ciddi şəkildə maraqlandığı bildirilir. Beləliklə, Milan derbisi transfer bazarında da yaşana bilər.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!