“O, mənə etiraf etdi ki, Çempionlar Liqasını qazansaydı, klubdan heç vaxt getməzdi”

12 Oktyabr 01:40 İtaliya 684
“O, mənə etiraf etdi ki, Çempionlar Liqasını qazansaydı, klubdan heç vaxt getməzdi”

Simone İnzaqinin agenti Federiko Pastorello italiyalı mütəxəssisin “İnter”dən ayrılması ilə bağlı qərarın necə verildiyini açıqlayıb.

“İnter” Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə uduzduqdan sonra İnzaqi klubdan ayrılaraq, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi təyin olunmuşdu.

Sportinfo.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, Pastorello bu prosesin finaldan xeyli əvvəl başlamış olduğunu bildirib:

“Aydın məsələdir ki, təyinatdan əvvəl çox iş görülmüşdü. Simone müəyyən vaxta qədər bu barədə danışmaq istəmirdi.

O, mənə etiraf etdi ki, Çempionlar Liqasını qazanmış olsaydı, “İnter”i heç vaxt tərk etməzdi. Qəti qərar Münhendəki finaldan sonra verildi”.

Simone İnzaqi “İnter”i 4 il çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!