“Milan”ın 30 yaşlı qapıçısını transfer edə bilər - Yuventus”

01:50 İtaliya 78
“Milan”ın 30 yaşlı qapıçısını transfer edə bilər - Yuventus”

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan gələn yay klubunu dəyişə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiper müqaviləsinin müddətinin bu mövsümün sonunda başa çatması səbəbindən azad agent statusu ilə başqa klubda oynamaq imkanı əldə edəcək.

İtaliya A Seriyasının digər təmsilçisi “Yuventus” fransalı qapıçını heyətinə qatmaqda maraqlıdır. Turinlilər onu azad agent kimi rənglərinə bağlamaq şansına malik ola bilərlər.

Menyan cari mövsümdə A Seriyasında 5 oyuna çıxıb, 3 top buraxıb və 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 03:50 Azərbaycanın QAZANCI!