Məşhur klub yaşlıları “təqaüd”ə göndərəcək - Mövsümün sonunda

15:20 İtaliya 200
Məşhur klub yaşlıları “təqaüd”ə göndərəcək - Mövsümün sonunda

“İnter” gələn yay gəncləşdirmə işlərinə start verməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub müdafiə xəttində böyük dəyişikliklər etməyi nəzərdə tutur.

Belə ki, müdafiəçilər Françesko Açerbi, Mateo Darmian və Stefan de Vreylə yollar ayrılacaq. Həmin futbolçular hazırda müvafiq olaraq 37, 35 və 33 yaşındadır.

Hazırkı mövsümdə “İnter” 6 turdan sonra 12 xalla 4-cü pillədə qərarlaşıb. Komandanı bu ilin yayından etibarən Kristian Kivu çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti