”Mən yaxşı gedirəm, baş məşqçiylə aramızda heç bir münaqişə olmadı” - “Qarabağ”ın rəqibinin ulduzu

12:20 İtaliya 203
”Mən yaxşı gedirəm, baş məşqçiylə aramızda heç bir münaqişə olmadı” - “Qarabağ”ın rəqibinin ulduzu

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne komandanın baş məşqçisi Antonio Konte ilə münasibətindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, münaqişə ilə bağlı xəbərləri təkzib edib:

“Bəzən fərqli fikirlərimiz ola bilər, amma heç bir münaqişə olmadı. Mənim adım diqqəti cəlb etdiyi üçün bu məsələ mütənasiblikdən kənara çıxdı.

Ciddi heç nə baş vermədi. Mən yaxşı gedirəm, müntəzəm oynayıram və özümü “Napoli”də əla hiss edirəm. Biz A Seriyasının cədvəlinin başındayıq”.

Daha əvvəl “Milan”la matçdan sonra futbolçuyla baş məşqçi arasında münaqişənin olması barədə şayiələr yayılıb.

34 yaşlı futbolçu bu ilin yayında “Mançester Siti”dən “Napoli”yə keçib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti