Karyerasını Premyer Liqada davam etdirə bilər - "Qarabağ"ın rəqibinin oyunçusu

7 Oktyabr 2025 15:20 İtaliya 892
Karyerasını Premyer Liqada davam etdirə bilər - "Qarabağ"ın rəqibinin oyunçusu

“Napoli”nin futbolçusu Stanislav Lobotka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Tuttosport”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçini “Mançester Yunayted” heyətinə qatmağı planlaşdırır.

Mançester klubunun rəsmiləri slovakiyalının transferi üçün lazımı məbləği ödəməyə hazırdır.

Lobotkanın “Napoli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Trençin”, “Yonq Ayaks”, “Nordşelland”, “Selta” klublarında oynayıb və 2020-ci ildə “Napoli”yə keçib.

"Napoli" - "Qarabağ" matçı Çempionlar Liqasının 5-ci turu çərçivəsində, noyabrın 25-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti