
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainunun karyerası İtaliyada davam edə bilər.
Sportinfo.az xəbər verir ki bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
20 yaşlı futbolçuya maraq göstərən əsas klub ötən mövsümün son çempionu – “Napoli”dir. Klub yanvar transfer pəncərəsində onu heyətinə qatmağı planlaşdırır.
İngiltərəli futbolçunun bazar dəyəri hazırda 50 milyon avro civarında qiymətləndirilir. O, 2025/26 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.