Premyer Liqanı İtaliyaya dəyişəcək? - Yığmanın yarımmüdafiəçisi

14 Aprel 2024 10:15 İtaliya 1 237
Premyer Liqanı İtaliyaya dəyişəcək? - Yığmanın yarımmüdafiəçisi

"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo yenidən İtaliyaya qayıda bilər.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçunun "Yuventus"a keçmək ehtimalı var.

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Təcrübəli orta xətt oyunçusunun meneceri onu "Yuventus"a təklif edib. Turin təmsilçisi yayda azad agnet statusunda olacaq yarımmüdafiəçinin transferinə isti yanaşır.

"Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM