“Yuventus” müdafiəçisini 15 milyon avroya satır - Premyer Liqa təmsilçisinə

29 Avqust 2025 15:40 İtaliya 775
“Yuventus” müdafiəçisini 15 milyon avroya satır - Premyer Liqa təmsilçisinə

“Yuventus”un müdafiəçisi Nikolo Savona “Nottingem Forest”də çıxış edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər italiyalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

Turin klubu bonuslar da nəzərə alınmaqla müdafiəçi üçün təxminən 15 milyon avro alacaq.

22 yaşlı müdafiəçi 2024/25 mövsümündə İtaliya çempionatında 28 oyun keçirib və 2 qol vurub. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!