
“İnter”in hücumçusu Mehdi Taremi yay transfer pəncərəsinin sonuna qədər komandadan ayrıla bilər.
Milan klubu 33 yaşlı futbolçuya ümid etmədiyi üçün onu transfer pəncərəsinin bağlanmasına qədər satmağı planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu artıq Yunanıstan çempionu “Olimpiakos”un təklifini qəbul edib. İndi son söz futbolçuya məxsusdur – Taremi razılıq verəcəyi halda, keçid baş tutacaq.
İranlı forvard “İnter”də bir mövsüm çıxış edib. O, 43 matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Olimpiakos” ötən mövsüm Yunanıstan çempionu olub və bu il UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Çempionlar Liqasının püşkatması bu gün keçiriləcək.