İspaniya klubuna keçir - “Roma”nın ukraynalı hücumçusu

00:00 İtaliya 106
İspaniya klubuna keçir - “Roma”nın ukraynalı hücumçusu

“Roma”nın hücumçusu Artyom Dovbik icarə əsasında “Vilyarreal”a keçmək üzrədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun əvvəlindən başlayan danışıqlar hələ də davam edir və icarə müqaviləsində satınalma hüququ da nəzərdə tutulub.

Razılaşdırılan şərtlərə görə, ispaniyalılar 28 yaşlı futbolçunun bütün maaşını ödəyəcək.

Ukraynalı forvard klubunu dəyişməyə açıqdır, ancaq “Roma” əvvəlcə əlavə bir hücumçu ilə müqavilə imzalamalıdır ki, icarə razılaşması təsdiqlənsin.

Dovbik ötən mövsüm İtaliya çempionatında 32 oyuna çıxıb və 12 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!