
“Bayer”in hücumçusu Viktor Bonifeys “Milan”da tibbi müayinədən keçdikdən sonra Leverkuzenə geri dönüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvard Milanda iki gün qaldıqdan sonra Almaniyaya qayıtmağa məcbur olub.
Çünki tibbi testlərin nəticələri hələ yekunlaşmayıb və transfer barədə son qərar verilməyib.
Daha əvvəl xəbər verilmişdi ki, “Milan” 23 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədir. Müqavilədə 30 milyon avroya satınalma bəndinin yer alacağı da gözlənilir.
Bonifeys ötən mövsüm klub səviyyəsində 27 oyunda meydana çıxaraq, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Nigeriya millisində isə 13 matçda 1 dəfə fərqlənib.