Hücumçuya uzunmüddətli müqavilə təklif etdi

24 Avqust 2025 00:10 İtaliya 582
Hücumçuya uzunmüddətli müqavilə təklif etdi

“Napoli” “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundun transferi üzərində işləməyə davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu danimarkalı futbolçu ilə danışıqlarda irəliləyib.

Forvarda və onun nümayəndələrinə uzunmüddətli əməkdaşlıq təklif olunub. Tərəflər şəxsi müqavilənin şərtlərini də müzakirə ediblər və danışıqlar müsbət keçib.

“Mançester Yunayted”in bu danışıqlardan xəbərdar olduğu və Hoylund italiyalılarla anlaşarsa, müqaviləni təsdiqləməyə hazır olacağı bildirilir.

22 yaşlı hücumçu 2024/25 mövsümündə Premyer Liqada 32 oyun keçirib və 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti