Yenidən Premyer Liqada oynayacaq? - “Yuventus”un müdafiəçisi

22 Avqust 2025 18:20 İtaliya 802
Yenidən Premyer Liqada oynayacaq? - “Yuventus”un müdafiəçisi

“Yuventus”un müdafiəçisi Loyd Kelli karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Turin klubu fevralda Kellini “Nyukasl”dan icarəyə götürmüşdü. İyulda isə onun 17,2 milyon avroya satınalma bəndi işə düşüb.

Bununla belə, Turin klubu müdafiəçini yalnız münasib təklif gəldiyi halda buraxmağa hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Sanderlend” və “Kristal Pelas” maraqlanır.

Ancaq Kelli hələlik “Yuventus”da qalmaq niyyətindədir.

İngiltərəli futbolçunun turinlilərlə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"