Karyerasını İtaliyada davam etdirə bilər – Tanınmış hücumçu

00:20 İtaliya 105
Karyerasını İtaliyada davam etdirə bilər – Tanınmış hücumçu

“Lester”in sabiq hücumçusu Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Napoli” ingiltərəli futbolçu ilə maraqlanır.

İtaliya klubunun rəhbərliyi Vardini zədələnmiş Romelu Lukakunun əvəzinə transfer etməyi nəzərdən keçirir. Belçikalı futbolçu bud əzələsi zədəsi səbəbindən üç aylıq sıradan çıxıb.

Vardi hazırda klubsuzdur. O, bu yay “Lester”i müqaviləsinin müddətinin bitməsi ilə tərk edib. Ona həmçinin, “Seltik”, “Vest Hem” və “Brentford” da maraq göstərir.

38 yaşlı forvard ötən mövsüm “Lester”də 36 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 17:30 Çək və bizə göndər!
19 Avqust 08:20 Gözel Budapeştə getdi