Bu kluba keçmək istəmədiyi üçün TƏNQİD EDİLDİ

13 Avqust 12:00 İtaliya 845
Bu kluba keçmək istəmədiyi üçün TƏNQİD EDİLDİ

“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund barədə fikirlərini bölüşüb.

Son məlumata görə, danimarkalı forvard İtaliyaya köçməyi planlaşdırmır.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Sakki “Milan”a belə məsləhət verib:

“Qoy “Milan” bu hücumçunu unutsun və həqiqətən onların formasını geyinmək istəyənlərə yönəlsin. “Milan”ı sevmək lazımdır, o, ehtiyat variant ola bilməz”.

Sakki, həmçinin, 21 yaşlı futbolçunun seçimlərini də tənqid edib:

“Bəli, “Mançester Yunayted” əfsanəvi klubdur. Amma bir tərəfdə sənə daim əsas heyətdə yer verən komanda, digər tərəfdə isə səni satmaq üçün hər şeyi edən klub var”.

Hoylund son mövsümdə klub səviyyəsində 52 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu