“Ən azı 2-3 il daha oynamaq istəyirəm" - Hazırda klubsuz olan 35 yaşlı hücumçu

13 Avqust 10:00 İtaliya 681
“Ən azı 2-3 il daha oynamaq istəyirəm" - Hazırda klubsuz olan 35 yaşlı hücumçu

Hazırda klubsuz olan 35 yaşlı hücumçu Mario Balotelli gələcəklə bağlı planlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı “Gazzetta dello Sport”a müsahibəsində bir neçə il də futbol oynamaq niyyətində olduğunu deyib.

“Ən azı 2-3 il daha futbol oynamaq istəyirəm. “Real Madrid” formasını geyinmək ən böyük arzularımdan biridir. Karyeramı isə qardaşım Enokla birlikdə “Vado” klubunda bitirməyi düşünürəm”, - Balotelli bildirib.

Təcrübəli forvard gənclik illərində “Barselona”da keçirdiyi dövrü də xatırlayıb: “O vaxtlar yalnız texnikaya önəm verirdilər-top saxlamaq, ötürmə, taktika isə yox idi. Çox qol vurardıq, oyunlardan zövq alırdım”.

Balotelli həmçinin İtaliya millisində daha çox oynamaq istədiyini, amma buna maneə yaradanların olduğunu deyib:

“Daha çox şansım olsaydı, Riva kimi ola bilərdim. Amma bəzi adamlar məni millidə görmək istəmirdi. İndi bu, keçmişdə qalıb”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu