Belçikalı müdafiəçi üçün 20 milyon avro təklif etdi - "Milan"

11 Avqust 2025 10:20 İtaliya 801
Belçikalı müdafiəçi üçün 20 milyon avro təklif etdi -

“Milan” “Cenoa”nın müdafiəçisi Koni de Vinteri almaqda maraqlıdır.

Sportinfo.az xəbər verir ki, insayder Fabritsio Romano xəbər verir ki, “rossionerlər” 23 yaşlı müdafiəçi üçün 20 milyon avro təklif ediblər.

“Cenoa” isə 25 milyon avro istəyir, danışıqlar davam edir. Bildirilir ki, de Vinter özü mümkün qədər tez “Milan”a keçmək istəyir.

Belçika millisinin üzvü ötən mövsüm A Seriyasında 25 oyun keçirib, 3 qol vurub və 6 sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM