
“Yuventus”un baş məşqçisi İqor Tudor komanda daxilində ab-havanı gücləndirmək məqsədilə futbolçular üçün birgə şam yeməyi təşkil edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Şam yeməyi Almaniyanın Nürnberq şəhərində yerləşən bir Asiya restoranında baş tutub.
Yığıncaqda yalnız əsas heyət üzvləri deyil, həmçinin, gələcəyi hələ qeyri-müəyyən olan oyunçular da iştirak ediblər. Klub rəhbərliyinin nümayəndələri də şam yeməyinə qatılıb.
“Yuventus” hazırda Almaniyada mövsümə hazırlıq mərhələsindədir. Komanda avqustun 10-da Dortmund “Borussiya”sı ilə yoxlama oyunu keçirəcək.