“Mənim rol modelim 34 yaşında “qızıl top”u qazanan Benzemadır”

8 Avqust 10:20 İtaliya 482
“Mənim rol modelim 34 yaşında “qızıl top”u qazanan Benzemadır”

Belçika millisinin və “Napoli”nin hücumçusu Romelu Lukaku hansı futbolçunun onun üçün örnək olduğundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real”ın sabiq forvardı, hazırda “Əl-İttihad”da çıxış edən Kərim Benzemanın adını çəkib:

“Mənim rol modelim 34 yaşında “qızıl top”u qazanan Kərim Benzemadır. Siz həmişə doğru münasibətlə irəliyə baxmalısız”.

32 yaşlı forvard son mövsümdə İtaliya çempionatında 36 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu