"Bu məsələ həll olunan kimi transfer haqqında ciddi şəkildə danışa bilərik"

29 İyul 15:40 İtaliya 540
"Bu məsələ həll olunan kimi transfer haqqında ciddi şəkildə danışa bilərik"

“Latsio”nun baş məşqçisi Maurisio Sarri “Toronto”nun keçmiş yarımmüdafiəçisi Lorenso İnsinyeni komandasında görmək istərdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda futbolçunun nümayəndəsi Andrea Damiko danışıb və o, italiyalı mütəxəssisin hər zaman İnsinyenin oyununu bəyəndiyini deyib:

“Sarri həmişə İnsinyeni bəyənib. Hazırda “Latsio” müqaviləsi başa çatan oyunçularla bağlı çətinlik çəkir.

Lakin bu məsələ həll olunan kimi transfer haqqında ciddi şəkildə danışa bilərik”.

34 yaşlı vingerin son klubu bu il iyulun 1-də tərk etdiyi “Toronto” olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu