3,3 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır

29 İyul 00:20 İtaliya 784
3,3 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır

Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Morten Yulman “Yuventus”un transfer hədəfləri sırasına düşüb.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçunu yay transfer dövründə əsas hədəflərindən biri kimi nəzərdən keçirir.

“Yuventus”un baş məşqçisi İqor Tudor Lissabon klubunun kapitanının universal oyun tərzini yüksək qiymətləndirir. Yulman həm dayaq yarımmüdafiəçisi kimi, həm də hücumameylli oyunçularla tandem şəkildə çıxış edə bilir.

Onun agentləri ilə artıq ilkin danışıqlar aparılıb. Klub oyunçuya ildə 3,3 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır ki, bu da onun hazırkı maaşından təxminən iki dəfə artıqdır.

Ancaq transferin baş tutmasına əsas maneə Yulmanın qiymətidir. “Sportinq” onu 70 milyon avro dəyərində qiymətləndirir.

“Yuventus” isə ilkin mərhələdə 35 milyon avro və gələcək satışdan faiz təklifi ilə danışıqlara başlamağı planlaşdırır. Ona daha öncə “Mançester Yunayted” də maraq göstərmişdi.

Danimarka millisinin üzvü son mövsümdə “Sportinq”in heyətində 49 oyunda iştirak edib, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu