Fransalı hücumçu bütün təkliflərdən imtina etdi - Bu kluba görə

28 İyul 21:40 İtaliya 399
Fransalı hücumçu bütün təkliflərdən imtina etdi - Bu kluba görə

“Yuventus” Fransa millisinin və PSJ-nin hücumçusu Randal Kolo Muanini heyətinə qatmaqda israrlıdır.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu Turinə qayıtmağa tam hazırdır və bu barədə Paris klubunun rəhbərliyinə məlumat verərək, digər variantlardan imtina edib.

Turin təmsilçisinin baş məşqçisi İqor Tudor da hücum xəttinin gücləndirilməsi üçün Kolo Muaninin transferində israrlıdır.

Klubun idman direktoru Damyen Komolli artıq yeni transfer təklifi üzərində işləyir.

Plana əsasən, futbolçu əvvəlcə 10 milyon avro qarşılığında icarəyə götürüləcək və müəyyən şərtlər yerinə yetirildikdən sonra məcburi şəkildə transfer ediləcək.

Ümumi transfer məbləği 40 milyon avronu keçə bilər. Ancaq PSJ tərəfi tam zəmanətli transferdə israrlıdır.

25 yaşlı forvard son mövsümdə icarə əsasında “Yuventus”un heyətində 22 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?