
“Milan” Ardon Yaşari üçün “Brügge”yə daha bir təklif hazırlayıb.
Sportinfo.az “SportMediaset”-ə istinadən xəbər verir ki, İtaliya klubu 22 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro, əlavə olaraq 2-3 milyon bonus təklif edəcək.
Təklif bu həftə sonu və ya bazar ertəsi ediləcək. “Brügge” yenidən imtina etsə, “Milan” çətin ki, yenidən məbləği artırsın.
Müqavilənin şərtləri Yaşarinin özü ilə çoxdan razılaşdırılıb, yeganə sual Belçika klubunun mövqeyidir.
İsveçrəli futbolçu son mövsümdə Belçika çempionatında 35 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.