
“Bolonya”nın müdafiəçisi Sem Bekemanın İtaliyanın başqa bir klubuna keçidi gündəmdədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.
Neapol təmsilçisi Bekema üçün 28 milyon avro təklif edib. Ancaq “Bolonya” onun transferindən 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Niderlandlı futbolçu son mövsümdə A Seriyasında 35 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Onun hazırkı bazar dəyəri 28 milyon avro qiymətləndirilir.