“O, getmək istəyirsə, buyursun” - Klub prezidentindən AÇIQLAMA

00:20 İtaliya 163
“O, getmək istəyirsə, buyursun” - Klub prezidentindən AÇIQLAMA

“İnter”in prezidenti Beppe Marotta Hakan Çalhanoğlunun komandadan ayrılmağa hazır olduğunu bildirib.

Bu açıqlama komandanın hücumçusu Lautaro Martinesin “Fluminense”yə 0:2 hesablı məğlubiyyətdən sonra səsləndirdiyi tənqidi fikirlər fonunda verilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri Hakanla danışacaqlarını bildirib:

“Fikrimcə, Lautaro sözlərini ona – yəni, Çalhanoğluna ünvanlamışdı. Bu, kapitanın verdiyi dürüst və açıq mesaj idi.

Bir futbolçu artıq burada qalmaq istəmirsə, onun getmək haqqı var. Hazırda heç kim bu istəyi açıq şəkildə bildirməyib.

Hakanla danışacağıq və məsələni ən uyğun şəkildə həll edəcəyik. Bir futbolçu getmək istəyirsə, buyursun.

Bu sözlər konkret olaraq Çalhanoğluna aiddir. Gələn həftə onunla açıq və şəffaf şəkildə danışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti