
“Latsio” rəsmi olaraq təsdiqləyib ki, Mauritsio Sarri baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Son günlər mediada yayılan maliyyə qeyri-müəyyənliyi və baş məşqçinin gələcəyi ilə bağlı iddialara nöqtə qoyulub.
Məlumata görə, bu gün səhər saatlarında “Latsio”nun prezidenti Klaudio Lotito ilə Sarri arasında ətraflı telefon danışığı baş tutub.
Danışıq zamanı əsas diqqət likvidlik indeksi (borc öhdəliyi) məsələsinə yönəlib. Bu göstərici klubun transfer imkanları və maliyyə sabitliyi ilə birbaşa əlaqəlidir.
Rəsmi açıqlamada bildirilir ki, Lotito Sarriyə bu maliyyə tənzimləməsinin texniki detalları və onun gələcək transfer planlarına təsiri barədə ətraflı məlumat verib.
Müzakirələrdən sonra Sarri klubun layihəsinə sadiqliyini ifadə edib və çətinliklərə baxmayaraq, komandada qalmağa qərar verib.
“Latsio” iyunun əvvəlində Sarrinin baş məşqçi postuna qayıtdığını elan etmişdi.