“O, şəxsiyyətdir, bunu haqq edir” - Millinin yeni baş məşqçisini dəstəklədi

27 İyun 2025 15:40 İtaliya 531
“O, şəxsiyyətdir, bunu haqq edir” - Millinin yeni baş məşqçisini dəstəklədi

İtaliya futbolunun qalmaqallı simalarından olan Antonio Kassano adətən kəskin çıxışları ilə tanınsa da, bu dəfə keçmiş komanda yoldaşı Cennaro Qattuzo haqqında xoş sözlər söyləyib.

Sportinfo.az “DerbyDerbyDerby.it”-ə istinadən xəbər verir ki, yaxın günlərdə İtaliya milli komandasının baş məşqçisi təyin olunan Qattuzo ilə bağlı danışan Kassano, onun yığmanı yenidən zirvəyə qaldıra biləcəyinə inandığını deyib:

“Hazırkı durumda verilə biləcək ən yaxşı qərar Qattuzo idi. O, şəxsiyyətdir.

Mən əminəm ki, o, İtaliya yığmasını dünya çempionatına aparacaq. O, bunu haqq edir”.

İtaliya millisinin əvvəlki baş məşqçisi Luçano Spalletti ötən günlərdə istefa verdiyini açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti