
“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
25 yaşlı forvardın xidmətində “Mançester Yunayted” maraqlıdır.
Onun “Fiorentina” ilə qüvvədə olan müqaviləsində 52 milyon avroluq sərbəstqalma bəndi mövcuddur. Həmin bənd 1-15 iyul tarixləri arasında aktiv olacaq.
İtaliyalı futbolçu son mövsümdə 44 oyuna çıxaraq, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.