
“Leççe” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
“Leççe” mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Campaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.