
“Roma”nın sabiq çalışdırıcısı Klaudio Ranyeri milli komandaya baş məşqçi təyin olunmaq imkanından imtina edib.
Sportinfo.az ANSA agentliyinə istinadən xəbər verir ki, o, İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinaya göstərdiyi etimada görə təşəkkür edib:
“İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinaya göstərdiyi etimada görə təşəkkür edirəm.
Bu mənim üçün böyük şərəfdir. Ancaq hər şeyi yaxşıca dəyərləndirdim və yeni vəzifəmdə – “Roma”da tam şəkildə çalışmağa qərar verdim”.
“Roma”nın sahibləri onun milli komanda ilə bağlı verəcəyi istənilən qərarı dəstəkləməyə hazır olublar, ancaq bu seçim onun tamamilə şəxsi qərarı olub.
Bundan öncə İtaliya millisinin baş məşqçisi Luçano Spallettinin istefaya göndərildiyi açıqlanmışdı.