
“Real”ın müdafiəçisi Fran Qarsiya karyerasını İtaliyada davam etdirə bilər.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Yuventus” ciddi şəkildə maraqlanır.
Turin təmsilçisi Qarsiyanı icarəyə götürmək, sonra isə satın alma hüququ ilə heyətinə qatmaq, ya da birbaşa 20-25 milyon avro aralığında transfer etməyi planlaşdırır.
Son mövsümdə La Liqada 31 oyunda meydana çıxan ispaniyalı futbolçu 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.