Ərəblər 20 milyon avro təklif etdi - İspan müdafiəçi üçün

10 İyun 2025 10:20 İtaliya 744
Ərəblər 20 milyon avro təklif etdi - İspan müdafiəçi üçün

“Əl-Hilal” “Roma”nın futbolçusu Anxelinyo üçün 20 milyon avroluq transfer təklifi edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi ilə bağlı danışıqlar davam edir.

Səudiyyə Ərəbistanı klubu əvvəlcə Teo Hernandesi almağı planlaşdırsa da, futbolçu transferdən imtina edib.

Anxelinyo sol cinah müdafiəçisi mövqeyində A Seriyasında mövsümün ən yaxşı oyunçularından biri olub. O, son mövsümdə bütün turnirlərdə 51 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti