5 milyon avro maaş alacaq - Premyer Liqadan ayrılan ulduz

9 İyun 21:40 İtaliya 175
5 milyon avro maaş alacaq - Premyer Liqadan ayrılan ulduz

Kevin De Bruyne yaxın günlərdə “Napoli”yə transfer oluna bilər.

Sportinfo.az “Il Mattino”-ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və müddəti iki il olan müqavilənin imzalanması gözlənilir.

Sözləşmədə bir il də uzadılma imkanı nəzərdə tutulub.

33 yaşlı yarımmüdafiəçi Neapolda illik 5 milyon avro maaş alacaq. Yaxın günlərdə onun tibbi müayinədən keçməsi gözlənilir.

Belçikalı futbolçu 2015-2025-ci illər ərzində “Mançester Siti”də çıxış edib. “Napoli” isə son mövsümdə A Seriyasının çempionu olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti