Bu posta o təyin edildi, 3 illik müqavilə imzalandı

8 İyun 2025 00:10 İtaliya 646
Bu posta o təyin edildi, 3 illik müqavilə imzalandı

İtaliya “A” seriyasında çıxış edən “Atalanta”nın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu posta serbiyalı mütəxəssis İvan Yuriç təyin edilib.

Qasperinini əvəz edən Yuriçlə 3 illik müqavilə imzalanıb.

Yuriç ötən mövsümə “Roma”da start versə də, 12 matçdan sonra klubdan ayrılmışdı. 9 il “Atalanta”nın sükanı arxasında olan 67 yaşlı Qasperini “Roma”ya keçib.

Yuriç daha əvvəl “Mantova”, “Krotone”, “Cenoa”, “Verona” və “Torino” kimi klubları idarə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!