Premyer Liqa klubundan ayrıldı, İtaliyaya getdi – Tanınmış müdafiəçi

30 İyun 2024 01:40 İtaliya 980
Premyer Liqa klubundan ayrıldı, İtaliyaya getdi – Tanınmış müdafiəçi

Fransalı müdafiəçi Rafael Varan “Komo” ilə şəxsi müqaviləni müzakirə etmək üçün İtaliyaya gedib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi 2023/24 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılıb.

O, hazırda azad agentdir.

“Komo” yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq.

Varan 2021-2024-cü illərdə “qırmızı şeytanlar”ın şərəfini qoruyub. Bundan əvvəl o, 10 il “Real”da oynayıb və 4 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatında qızıl medal qazanıb.

Daha əvvəl fransalı futbolçu ilə “İnter Mayami”, “Atletiko”, “Sevilya” və “Real Sosyedad”ın müqavilə imzalamaq istədiyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?