COP29

Komandası aşağı liqaya düşən hücumçu onların hədəfində

11 İyun 18:40 İtaliya 1 095
Komandası aşağı liqaya düşən hücumçu onların hədəfində

“Sassuolo”nun hücumçusu Domeniko Berardi yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Sportinfo.az “gazzetta.it”-ə istinadən xəbər verir ki, “Yuventus” Berardinin xidmətində maraqlıdır.

Turin klubu daha əvvəl də formasını daşıyan futbolçunu 2016-cı ildə transfer etmək istəsə də, keçid baş tutmamışdı.

Martın əvvəlində dabanından zədə alan 29 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxıb. Bu səbəbdən, o, 2024-cü il Avropa çempionatında İtaliya millisinə kömək etməyəcək.

Berardi bu mövsüm 17 görüşdə 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Sassuolo” son mövsümdə 19-cu yeri tutaraq, A Seriyasından aşağı liqaya düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?