5 illik müqavilə imzalanacaq - Tanınmış hücumçu ilə

22 Aprel 2024 12:20 İtaliya 787
5 illik müqavilə imzalanacaq - Tanınmış hücumçu ilə

“İnter” rəhbərliyi yaxın vaxtlarda hücumçu Lautaro Martineslə müqaviləni uzadacaq.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçu klubla mövsümə 9 milyon avro maaş almaqla 5 illik yeni müqavilə imzalayacaq.

Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatır.

“İnter” hazırda 32 turdan sonra 83 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO