Hücumçusunu 175 milyon avroya sata bilər - “Milan”

7 Fevral 2024 10:00 İtaliya 472
Hücumçusunu 175 milyon avroya sata bilər - “Milan”

“Milan” hücumçusu Rafael Leaonu 175 milyon avroya sata bilər.

Sportinfo.az xəbər verir ki, onun müqaviləsindəki sərbəst buraxılma bəndi 2028-ci il iyulun 5-dən iyulun 15-dək qüvvədədir.

Leao özü İngiltərə və ya İspaniyada çıxış etmək istəyir. O, “Milan”dakı işinin sona çatdığını düşünür.

Bildirilir ki, PSJ bu futbolçunu “Real”a gedə biləcək forvardı Kilian Mbappeni əvəzləmək üçün variant kimi nəzərdən keçirir.

24 yaşlı portuqaliyalı futbolçu 2019-cu ildən “Milan”da çıxış edir. O, bu mövsüm “qırmızı-qaralar”ın heyətində 27 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda