"Aşağı liqaya düşməməliyik, qəribədir ki, addım-addım..."

8 Fevral 2023 15:40 İtaliya 601
"Aşağı liqaya düşməməliyik, qəribədir ki, addım-addım..."

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun hazırkı durumu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, aşağı liqaya düşməmək üçün mübarizə apardıqlarını bildirib:

“15 xal hesabımızdan silindi. Aşağı liqaya düşməməliyik. Qəribədir ki, addım-addım irəliləmək üçün

ilk növbədə bunu diqqətdə saxlamalıyıq. Mövsüm hələ davam edir. Biz İtaliya kubokunun yarımfinalındayıq və Avropa Liqasında da uğur qazanmaq istəyirik”.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 13-cu sıraya enib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"