Yeni baş məşqçisi məlum oldu - 2027-ci ilədək müqavilə imzalandı

10 İyun 00:00 İtaliya 739
Yeni baş məşqçisi məlum oldu - 2027-ci ilədək müqavilə imzalandı

“İnter”in yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Əslən rumın olan Kristian Kivu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalanıb.

O, 2025-ci ilin fevralında İtaliyanın “Parma” klubuna rəhbərlik edib.

Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.

Kivu futbolçu kimi 2007-2014-cü illərdə “İnter”də çıxış edib.

Komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!