Baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini bəyan etdilər

10 İyun 01:40 İtaliya 654
Baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini bəyan etdilər

Rumıniyalı mütəxəssis Kristian Kivu “Parma”dan ayrılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 44 yaşlı baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini açıqlayıb.

Kivu bu ilin fevralından etibarən “Parma”ya başçılıq edirdi. Komanda onun rəhbərliyi altında 3 qələbə qazanıb, 7 heç-heçə edib və 3 dəfə məğlub olub.

Daha əvvəl Kivunun “İnter”in baş məşqçisi təyin olunacağı barədə xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!